Prezident Şəki-Qax yolunun açılışında iştirak edib
17 avqust 2013 02:08 (UTC +04:00)

Prezident Şəki-Qax yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışında iştirak edib.APA-nın verdiyi məlumata görə, sözügedən avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlanılıb. İkizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür.

 

Yolun keçdiyi Kümrük çayı üzərində nəhəng körpü də inşa olunub.

 

Diqqətə çatdırılıb ki, Şəki-Qax avtomobil yolu respublikanın ən böyük turizm marşrutlarından biridir. Avtomobil yolu Şəki şəhərini Qax istiqamətində Kiş çayı üzərindəki körpüdən başlayaraq Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri ilə birləşdirir. Avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometr məsafənin 42 kilometr qısalmasına imkan verəcək. Bu yol Şəki rayonunun 28 mindən çox əhalisi olan 21 yaşayış məntəqəsini, Qax rayonunun iki mindən artıq əhalisi olan 6 məntəqəsini birləşdirir.
 

Dövlət başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847
avatar

Oxşar yazılar