Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, sərəncamla Mingəçevir şəhərinin su təchizatı sisteminin yenidən qurulması işlərinin başa çatdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb.