Prezident: “İslahatlara böyük ehtiyac var”
08 avqust 2013 10:43 (UTC +04:00)

Prezident: “İslahatlara böyük ehtiyac var”

“Biz indi müxtəlif yerlərdə baş verən hadisələri izləyərkən görürük ki, sosial məsələlərə fikir verilmədiyi halda böyük problemlər yaşanır. Çünki bazar iqtisadiyyatı, əlbəttə ki, hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtdir. Ancaq bəzi hallarda islahatlar çətinliklərə də gətirib çıxarır”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Kürdəmir ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlət başçısı vurğulayıb ki, bu çətinliklərin qarşısını almaq və islahatları daha da inamla aparmaq üçün güclü sosial siyasət olmalıdır: “Bu sosial siyasət müxtəlif formalarda özünü göstərir - tikilən məktəblər, xəstəxanalar, yollar, sosial obyektlər, maaşların, pensiyaların qaldırılması, infrastruktur layihələrinin icra edilməsi, yəni, insanı narahat edən bütün problemlər aradan qaldırılmalıdır. Son illər ərzində bu istiqamətdə nailiyyətlər hesab edirəm ki, kifayət qədərdir. Gələcək illərdə biz bu işləri davam etdirəcəyik. Çünki hələ görüləsi işlər çoxdur. Biz həm iqtisadi sahədə, sosial məsələlərin həllində bundan sonra da islahatlar aparacağıq. İslahatlara böyük ehtiyac var. Çünki burada söhbət təkcə investisiyalardan getmir, investisiya qoyuluşu Azərbaycanda yüksək səviyyədə həll olunur, eyni zamanda, sistem xarakterli islahatlar aparılmalıdır”.

 

Dövlət başçısının sözlərinə görə, ölkəmiz keçid dövrünü başa vurub. “Azərbaycan bu gün tamamilə müasir əsaslar üzərində inkişaf edir - istər siyasi sahədə, istər iqtisadi sahədə, istərsə də sosial məsələlərin həllində. Ancaq biz bu sahədə, xüsusilə sosial məsələlərin həllində inkişaf etmiş ölkələrin təcrübəsinə, əlbəttə ki, baxmalıyıq. Bu təcrübədə həm müsbət, həm mənfi məqamlar vardır. Əlbəttə ki, biz müsbət məqamları seçməliyik və öz sosial siyasətimizi inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşdırmalıyıq, ona uyğunlaşdırmalıyıq.
 

Biz bunu edirik və bu gün Azərbaycanda sosial sahədə aparılan işlər dünya miqyasında yüksək qiymətləndirilir. Hətta son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi-maliyyə böhranı zamanı Azərbaycanda, bir dənə də olsun, sosial layihə ixtisar edilmədi, əksinə, maaşlar, pensiyalar qaldırılır, sosialyönümlü investisiyalara vəsait ayrılır”-deyə, prezident çıxışı zamanı bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

Oxşar yazılar