Pensiya təyinatında yenilik
12 sentyabr 2013 11:36 (UTC +04:00)

Pensiya təyinatında yenilik

“Yaşa görə  əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı uğurla tətbiq edilməkdədir ”. Bu barədə Lent. az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Sistemin tətbiq olunduğu 2 ay ərzində DSMF tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib. Təyinat aparılan şəxslərin 135 nəfəri Bakıda, 221 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilib. Eyni zamanda hər bir vətəndaşa bununla bağlı xüsusi rəsmi bildiriş göndərilib.

 

Şərqi  Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda  tətbiq  olunan bu sistem pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan  və vaxt itirmədən  “190-0 Cağrı Mərkəzi” nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı verir. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla Fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.

 

Qeyd edək ki,  yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına iyulun 11-dən başlanılıb.

 

 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048

Oxşar yazılar