Pakistan mətbuatı Mehriban Əliyevadan yazdı
26 avqust 2013 15:29 (UTC +04:00)

Pakistan mətbuatı Mehriban Əliyevadan yazdı

Pakistanın nüfuzlu ingilis dilli “Pakistan Observer”, “Metro Watch”və urdu dilli  “Daily Azkaar”, “Kashmir Post” qəzetlərində, həmçinin “DNA News” informasiya agentliyi və “Centreline” jurnalında tanınmış jurnalist, Pakistanın Sülh və Diplomatiya İnstitutunun icraçı direktoru xanım Farhat Nurun “Yenilik yaratmış  qadın”  adlı məqaləsi  dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, məqalədə   millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın cəmiyyətə təsir göstərərək onu müsbətə doğru dəyişdirməyi, insanların qəlblərini fəth etmək iqtidarında  olduğu qeyd edilib.

 

Məqalədə bildirilib ki, ailə üzvləri, Azərbaycanın tanınmış ziyalıları Mircəlal Paşayev, Arif Paşayev və Aida İmanquliyeva hələ uşaqlıq yaşından Mehriban xanıma insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi,  millətinə sadiq olmağı öyrədiblər ki, Mehriban Əliyeva öz həyatını xalqının rifahı, milli və dünya mədəni irsinin inkişafına bəxş edib.  

 

Yazıda bildirilir ki, Mehriban Əliyeva 2004-cü il mayın 10-da Heydər Əliyevin adını daşıyan fondun prezidenti  təyin edilib.

Məqalənin böyük bir hissəsi Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda icra edilmiş layihələrə həsr edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830
avatar

Oxşar yazılar