Ötən il  656 nəfər qidadan zəhərlənib
26 yanvar 2018 15:49 (UTC +04:00)

Ötən il 656 nəfər qidadan zəhərlənib

2017-ci ildə Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.

 

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov APA-ya deyib ki, ötən il əhali arasında 362 qida zəhərlənməsi halı baş verib, 656 nəfər zərər çəkib.

 

O bildirib ki, qida zəhərlənmələrindən 21-i botulizm hadisəsi olub, zərərçəkənlərin sayı 41 nəfər təşkil edib.

 

Z. Kazımovun sözlərinə görə, 2017-ci ildə 6 nəfər qida zəhərləməsi nəticəsində ölüb.

 

Şöbə müdiri ölüm hallarının səbəblərini də açıqlayıb. O qeyd edib ki, ölüm halları ev şəraitində hazırlanmış turşulardan baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

APA Baycan

Oxşar yazılar