Ötən il 82 dönərxana bağlanıb
14 yanvar 2014 16:02 (UTC +04:00)

Ötən il 82 dönərxana bağlanıb

“Ötən il ərzində dönər satışı məntəqələrində sanitar nəzarət tədbirləri həyata keçirilib”. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib.

 

Onun sözlərinə görə, 2013-cü ildə sanitar qaydalarını pozan 82  dönər satışı məntəqəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib : “Ötən il  89 dönər satışı ilə məşğul olan sahibkar inzibati qaydada cərimə olunub”. İ. Abdullayevin sözlərinə görə, 2012-ci illə müqayisədə ötən il daha çox dönər satışı məntəqəsinin fəaliyyəti dayandırılıb: “2013-cü ildə 5 nəfər haqqında materiallar inzibati orqanlara göndərilib”.

 

Şöbə müdiri deyib ki, Azərbaycanda toyuq dönərinin satışı qadağan olunsa da, bəziləri hələ də  bu cür dönərləri satmaqda davam edirlər: “Biz həmin müəssisələri cərimə etsək də, bir neçə gündən sonra yenə də onlar toyuq dönəri satmağa davam edirlər. Ötən il 18 toyuq dönəri satışı məntəqəsinin fəaliyyəti dayandırılıb. Cərimələrin daha çoxu elə toyuq dönəri satışı ilə bağlı olub”.

 

İ. Abdullayev vurğulayıb ki, bu cür neqativ halların təkrarlanmaması üçün qanunvericilik bazası möhkəmləndirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar