Ölkədə 5500 nəfər talassemiya daşıyıcısıdır
26 dekabr 2015 11:04 (UTC +04:00)

Ölkədə 5500 nəfər talassemiya daşıyıcısıdır

“Cari ilin iyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub”.

Lent.az-ın məlumatına görə,  bu barədə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

G.Poladovun sözlərinə görə, onların arasında 5500 nəfər talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Müayinə olunanların arasında 40 cütlük aşkar edilib.  Bunlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib.

G. Poladov əlavə edib ki, Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində, hamilə qadından Azərbaycanda ilk dəfə bətn daxili diaqnostika məqsədilə punktat götürülüb müayinəyə göndərilib.

Bundan başqa respublikada hemofiliya xəstəliyinin səviyyəsindən söz açan şöbı müdiri deyib ki, hazırda respublikamızda 1480 hemofiliyalı xəstə qeydiyyatdadır: “ Uğurla həyata keçirilən Dövlət proqramı çərçivəsində belə xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azaldılmasına nail olunub”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar