Ölkədə 28 656 nəfər narkoman var – <span style="color:red;">RƏSMİ
03 sentyabr 2015 13:33 (UTC +04:00)

Ölkədə 28 656 nəfər narkoman var – RƏSMİ

2013-cü ilin rəsmi statistikasına əsasən, Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfər olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 4 nəfər 15-17 yaş arasında, 1324 nəfər (20 nəfəri qadın) 18-24 yaş arasında, 3850 nəfər 25-29 yaş arasında (onlardan 43 nəfəri qadın) şəxslər təşkil edib. Ötən il isə narkomaniyaya düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər olub. Onlardan 15-17 yaş arasında olan şəxslər 5 nəfər, 18-24 yaş arasında 1403 nəfər, 25-29 yaş arasında olan şəxslər 3999 nəfər təşkil edib.

 

2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir.

 

Narkotik vasitələrin insan orqanizminə məhvedici təsirini, narkotik vasitələrdən istifadənin sosial nəticələri, erkən müalicənin labüdlüyü və mümkünlüyü, həmçinin narkomaniya probleminin hüquqi aspektləri ilə bağlı məsələlər məqsədilə Respublika Narkoloji Mərkəzinin bazasında 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində orta ümumtəhsil məktəblərdə çalışan həkimlər və orta tibb bacıları üçün gənclər, yeniyetmələr və uşaqlar arasında narkomaniyanın qarşısını alınması, bu istiqamətdə profilaktik tədbirlərin görülməsi məqsədilə təlim kursları keçirilib. 2 həftə davam edən kurslarda Narkoloji Mərkəzin rəhbərliyi və tibbi personalı ilə yanaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin nümayəndələri də iştirak ediblər. Təlim kurslarında narkomaniya problemlərinə aid prezentasiyalar təqdim olunub və mövzuları ətrafında müzakirələr aparılıb. Kursun sonunda iştirakçı olan bütün orta məktəb həkimlərinə və tibb bacılarına sertifikat təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar