Tovuzda torpaq sürüşməsi oldu
28 noyabr 2026 16:09 (UTC +04:00)

Tovuzda torpaq sürüşməsi oldu

0

Tovuzda sel sularının toplandığı ərazidə torpaq sürüşməsi olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, sürüşmə Tovuz rayonunun Vahidli kəndində qeydə alınıb.

Məlumata görə, kənd iki hissədən ibarətdir. Hazırda sürüşmənin davam etdiyi yol isə kənd qəbiristanlığına və digər yaşayış ərazilərinə aparır.

Hazırda bir neçə yerdə də çatlar əmələ gəlib.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin aradan qaldırıması istiqamətində addımlar atılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar