Avropa ölkələrində orta təhsil alan şəxs Azərbaycanda hansısa ali və orta ixtisas təhsili müəssisəsinə sənəd vermək üçün ərizə ilə birlikdə sənədini Təhsil Nazirliyinə təqdim etməlidir. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatında o da qeyd olunur ki, yalnız xaricdə verilən təhsil sənədin Azərbaycandakı müvafiq təhsil sənədinə ekvivalentliyi müəyyən edildikdən sonra həmin şəxs ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul oluna bilər.