Nazir vətəndaşların şikayətini dinlədi
28 iyun 2013 16:37 (UTC +04:00)

Nazir vətəndaşların şikayətini dinlədi

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Ağstafada vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qəbul zamanı bölgədə yerləşən rayonların (Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux) sakinlərinin, eləcə də Kəlbəcər rayonundan olan və bu bölgədə məskunlaşmış məcburi köçkünlərin, ümumilikdə 80 nəfərə yaxın sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciət edən vətəndaşların bir qisminin qaldırdıqları məsələlər elə yerindəcə həllini tapıb.

Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün aztəminatlı ailələr də müəyyənləşib, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930

Oxşar yazılar