Nazir məhsul istehsalından danışdı
03 iyul 2013 15:14 (UTC +04:00)

Nazir məhsul istehsalından danışdı

“Bölgələrdə dəmyə torpaqdan səmərəli istifadəni təşkil etməklə kənd təsərrüfatı məhsulları istehsalının artırılması ən vacib vəzifələrdəndir”. Lent. az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov akademik Cəlal Əliyevin 85 illiyinə həsr olunmuş ümumrespublika müşavirəsində bildirib.

Nazir İ. Abasov dövlət başçısının tapşırığı ilə artıq ölkəmizdə yaradılmış iri taxılçılıq təsərrüfatlarında hər hektardan 50-55 sentner məhsul əldə olunduğunu bildirib: “Bu sahədə dövlətin fermerlərə və torpaq mülkiyyətçilərinə göstərdiyi diqqət və qayğını da qeyd etmək lazımdır. Ölkəmizdə taxılçılıqda məhsuldarlığın inkişafı üçün əlverişli münbit şərait var. Kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsi də vacibdir”

Nazir cari ildə kənd təsərrüfatı məhsulları istehsalının artım tempinin 6-7% olacağını da bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar