Təhsil Nazirliyində yeni kadr təyinat olub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib. Təhsil nazirinin əmrinə əsasən Elxan Hüseynov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilib. Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika–riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb.
1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri olub.
Təhsil nazirinin digər əmrinə əsasən isə Rəcəb Səttarov Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.