Namiq Cəlilov :” Maqnit qasırğası gözlənilmir”
21 avqust 2013 13:57 (UTC +04:00)

Namiq Cəlilov :” Maqnit qasırğası gözlənilmir”

Azərbaycanda sabah geomaqnit gərginlik və maqnit qasırğası gözlənilmir.


 

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov deyib.

 

Onun sözlərinə görə, adətən Günəşdə baş verən alışmalar və tullantılar yerə 3-4 gün ərzində çatır: “Bizdə olan məlumata görə, son günlər Günəşdə tam sakitlikdir. Ona görə sabah qasırğanın baş verəcəyi ehtimalı sıfıra bərabərdir. Bu gün və ya sabah nəsə olsa, 3-4 gündən sonra maqnit qasırğasının olacağını gözləmək olar. Lakin bir şərtlə ki, Günəşdə atılan şüalar yerə tərəf yönəlsin. Bunun da ehtimalı çox azdır. NASA-nın peykləri bütün prosesləri izləyir və əvvəlcədən xəbərdarlıq edir. Yaxınlarda heç nə gözlənilmir”.

 

Qeyd edək ki, NASA-nın məlumatına görə, dünən Günəşin səthində baş verən partlayış nəticəsində kosmosa Günəş plazmasının axını baş verib. Plazmanın Yer kürəsinə 3 gün ərzində çatacağı proqnozlaşdırılır. Bunun nəticəsində Yer kürəsində geomaqnit gərginlik və maqnit qasırğası gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767
avatar

Oxşar yazılar