Müəllimlərin işə qəbulu üzrə təzə xəbər
15 iyul 2013 10:21 (UTC +04:00)

Müəllimlərin işə qəbulu üzrə təzə xəbər

 

Ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulu prosesi bu gün saat 18.00-da başa çatacaq.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, elektron ərizə qəbulu 1-15 iyul tarixlərində aparılıb.

 

2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə test imtahanlarının keçirilmə vaxtı 21-23 iyul tarixlərində açıqlanacaq.

 

2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilib. Onlardan 2999-u Azərbaycan bölməsi, 187-si isə rus bölməsi üzrədir. Azərbaycan bölməsi üzrə ən çox vakant yer biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika fənləri üzrədir. Rus bölməsi üzrə isə ən çox vakant yer ibtidai sinif müəllimi ixtisası üzrədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3938
avatar

Oxşar yazılar