Deputat: “Göstərsin, bağışlamayan heç kişi deyil”-AÇIQLAMA
12 sentyabr 2013 13:19 (UTC +04:00)

Deputat: “Göstərsin, bağışlamayan heç kişi deyil”-AÇIQLAMA

Millət vəkili Etibar Hüseynov son günlər haqqında yayılan söz-söhbətlərə reaksiya verib.

 

Lent.az-ın xəbərinə görə, deputat “facebook” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı status yazıb və baş verənlərin müəllifi olduğu

"Sitatın sonu" verilişi ilə bağlı olduğunu qeyd edib: ““Sitatın sonu” efirə çıxanda da söylədim ki, indən belə qarşı tərəf öz şər-böhtan maşınını işə salacaq. Elə də oldu. Az qala elə bir həftə olmur ki, mətbuatda bu qəbildən şər-böhtanlar yazılmasın. Bir çoxlarına əhəmiyyət vermirəm. Bəzilərinə reaksiya vermək məcburiyyətindəyəm. Artıq neçə gündür ki Rauf Qubadov adlı birisi fb-də haqqımda olmazın təhqir və böhtan dolu statuslar yazır. Guya ki, onun əmlakını zorla mənimsəmişəm. Neçə müddətdən bəridir ki, ölümlə hədələyirəm. Guya ki, bu "yazıgı" söymüşəm, döymüşəm üstünə bıçaq çəkmişəm, silahla havaya güllə atmışam-özüdə harada-harada ?.. Amerika səfirliyinin qarşısında. Çox təəsüflər olsun ki, bir çox saytlar da bu cəfəngiyyatı araşdırmadan, böyük səxavətlə paylaşırlar. Heç kəs də bu "köməksiz yazıqdan" soruşmur ki, ay adam, əgər əmlakın zorla mənimsənilibsə, dəfələrlə söyülüb, döyülüb, təhqir olunub, ölümlə hədələnibsənsə nədən polisə, məhkəməyə deyil, “facebook”a üz tutubsan. Bu sualı ondan soruşan olacaqmı, görəsən?”

 

Millət vəkili yazıb ki, artıq bu şəxslə bağlı polisə ərizə ilə müraciət edib: “Aydın oldu ki, adam 47 illik həyatı boyu heç yerdə işləməyib. Yalnız bir neçə il Rusiya bazarlarında xırda ticarətlə məşğul olub. Tüfeyli həyat tərzi keçirir. İki dəfə ailə həyatı qurub və hər ikisindən də 2 uşaqla ayrılıb. Evini, əmlakını satıb. Necə dolanması məlum deyil. Hazırda Salyan kazarmasında işləyən yeznəsinin evində yaşayır”.

 

E. Hüseynov qeyd edib ki, R. Qubadov “ona-buna böhtan atıb, şantaj etmək”lə yaşayır: “Hətta bir neçə il bundan əvvəl bələdiyyədə işləyən doğma qardaşını belə şərləyərək tutdurmaq istəyib. Bu barədə istintaq araşdırmaları polisdə qalır. Və daha nələr… nələr. Ona görə də pols işçiləri yanımdaca dəfələrlə zəng edib onu izahat verməyə dəvət etsələr də, o gəlməyəcəyini, Prezident Aparatına gedəcəyini, “102” xidmətinə zəng edəcəyini dedi. İndi isə gizlənir. Amma xeyri yoxdu, tapılacaq”.

 

E. Hüseynov deyib ki, R. Qubadov deputatın onun əmlakını zorla mənimsədiyini, buna görə onun da E. Hüseynova məxsus ərazini mənimsədiyini qeyd edib: “Mənimsəyibsə, deməli ərazi var və ondadır. İndi mən də deyirəm,  əgər həqiqətən varsa və ondadırsa göstərsin sizlərə, elə sizin yanınızdaca heç bir bəhanə, şərt gətirmədən ona bağışlamayan heç kişi deyil. Yox əgər bu da başda olmaqla bütün dediklərini sübut edə bilməsə, qanun qarşısında cavab verməli olacaq. Rauf Qubadovun kim tərəfindən öyrədilib ortaya atılmasını dəqiq bilirəm. Ad çəkmirəm. Zatən hamınız tanıyırsız. Və tezliklə özü ortaya çıxacaq. Bu qədər. Elə bilirəm ki mövzuya kifayət qədər aydınlıq gətirdim”.

 

Qeyd edək ki, R. Qubadov deputat E. Hüseynovla Xırdalanda ərazi mübahisələri olduğunu, buna görə də deputatın onun ABŞ səfirliyinin yaxınlığındakı evinə gələrək, onu söyüb-təhqir etdiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5081
avatar

Oxşar yazılar