Tələbə Qəbulu üzrə Dövlət Komissiysının sədri Məleykə Abbassadə IV qrupda abituriyentlərin əsasən tibb ixtisaslarını seçdiklərini bildirb.
Lent.az-ın verdiyi məlumata görə, Məleykə Abbaszadə deyib ki, aqrar ixtisaslara meyl azdır.
O bildirib ki, IV qrupda Bakıda 1051, regionlarda 1093 vakant yer var idi. Onlardan 593 kənd təsərrüfat akademiyasında, 330 yer özəl ali məktəblərdədir. 3203 nəfər müsabiqəyə buraxılıb: “Aqrar sahədə mütəxəsislərə tələbat daha çoxdur. Tibb ixtisaslarına nisbətən aqrar ixtisasları seçənlər daha tez iş tapacaqlar. Bir az gələcəyə baxmaq lazımdır”.