Təhsil Nazirliyi orta məktəb dərsliklərindən hansılarının bu il yenidən hazırlanacağı və üzərində təkmilləşdirilmə aparılacağına aydınlıq gətirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, II, IV və VII sinif dərsliklərində redaktə və korrektə işləri aparılıb. Dərsliklər növbəti illərdə tam tirajla çap olunan zaman TQDK-nın apardığı monitorinqin nəticələri nəzərə alınacaq.
Bu il təqdim ediləcək VI sinif dərslik komplektləri kurikulum əsasında hazırlanan ilk dərsliklərdir. VIII, IX və X sinif dərsliklərinin də bir qismi daxil olmaqla, bütövlükdə 2013-2014-cü tədris ilinə ümumtəhsil məktəblərinə 139 adda dərslik və müəllim üçün metodik vəsait veriləcək.