“Azərsu” Açıq Səhmdar Cəmiyyəti vətəndaşlara müraciət edib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ceyranbatan-Binəqədi magistral su xəttində təmir-bərpa işləri planlaşdırılır.
Bununla əlaqədar avqustun 21-də Masazır qəsəbəsinin və Binəqədi kəndinin bir hissəsinin içməli su təchizatında məhdudiyyətlər olacaq.
Bununla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.