Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı bitib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırki rəqəmlərə görə, magistraturaya qəbul imtahanlarında iştirak etmək istəyən 24109 nəfər “elektron ərizə” formasını təsdiqləyib.
Ərizəsini təsdiq edənlərin 21817 nəfəri Azərbaycan bölməsi, 2292 nəfəri isə rus bölməsinin bakalavrıdır.