Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
05 iyun 2016 10:00 (UTC +04:00)

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir.

 

Lent.az-ın məlumatına görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 16 imtahan mərkəzində keçirilir. İmtahan  saat 13:00-da başlayacaq.

 

Bildirək ki, qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 3-dən 10-dək aparılıb və 9061  nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8142 nəfəri Azərbaycan bölməsi, 919 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3299 nəfərini oğlanlar, 5762 nəfərini qızlar təşkil edir. 5045 nəfər ali təhsil müəssisələrinin builki, 4016 nəfər isə əvvəlki illərin məzunudur. 32 bakalavr xarici ölkə vətəndaşıdır.

 

İmtahanın idarə olunmasına 60 imtahan rəhbəri, 677 nəzarətçi-müəllim ayrılıb. 


Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Fərizə Əhmədova

Oxşar yazılar