DGK "Sədərək" və "Binə"də əməliyyat keçirib - VİDEO
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.
DGK Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, BBGİ əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən"Sədərək" və "Binə" ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər.
Nəticədə, ticarət mərkəzlərinin ərazisində 82.000 ədəddən çox pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
272