Komitə sədrləri gələn ay bölgələrdə vətəndaşları qəbul edəcək. Lent.az-ın məlumatına görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov sentyabrın 6-da Salyanda vətəndaşlarının şikayət və müraciətlərini dinləyəcək. Qəbulda Salyan, Şirvan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Cəbrayıl, İmişli sakinləri də iştirak edə bilərlər.
Bundan başqa, Ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova da Mingəçevirdə vətəndaşları qəbul edəcək. Sentyabrın 4-də baş tutacaq qəbulda Mingəçevir, Ağdaş, Ucar, Yevlax, Kürdəmir, Bərdə, Ağcabədi, İmişli, Beyləqan, Zərdab, Ağdam Tərtərdən olan vətəndaşların müraciəti dinləniləcək.