İndiyə ümumi orta təhsil bazasından (9 illik ) orta ixtisas təhsili müəssisələrinə 22 min 468 abituriyent sənəd verib.
Lent.az-ın verdiyi məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə söyləyib.
O bildirib ki, ərizə qəbulu prosesi avqustun 15-dək davam edəcək. Məleykə Abbaszadə abituriyentləri ərizə verilməsi prosesində gecikməməyə çağırıb.