Təhsil Nazirliyi kollec təhsili olanlar müəllimlərin işləyə biləcəyi məsələsinə aydınlıq gətirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, hazırda kollec (orta ixtisas təhsili) diplomu ilə müəllim işləmək baxımından problem yoxdur. Nazirlikdən verilən daha bir məlumatda isə qeyd olunur ki, hər hansı ali təhsil müəssisəsinin şəhərdən kənara köçürülməsi məsələləri nəzərdə tutulmayıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərin yerdəyişməsi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalarla tənzimlənir. Həmin qaydalara görə, yerli məktəblərdə oxuyan I-XI sinif şagirdlərinin məcburi köçkün məktəblərinə yerdəyişməsi, bəzi istisnalar (həmin ərazidə yerli məktəbin olmaması) nəzərə alınmaqla, qadağandır. Yerdəyişmə ilə əlaqədar bu cür müraciətlər, əsasən, Təhsil Nazirliyinə ünvanlanır və burada baxılıb cavablandırılır.