Bakıda Zabitlər parkında internat məktəbi və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xeyriyyə aksiyası keçirilib. Lent. az-ın məlumatına görə, aksiyada iştirak edənlər Ramazanın insanları sevgiyə, mərhəmətə və xeyriyyəçiliyə çağıran bir ay olduğunu və valideyn qayğısından məhrum və sağlamlıq imkanları məhdud olan uşaqların bunlara daha çox ehtiyac duyduqlarını bildiriblər.
Tədbirdə millət vəkili Qənirə Paşayeva, əməkdar artist Tünzalə Ağayeva, modelyer-dizayner Gülnarə Xəlilova, müğənnilər Samira Allahverdi, Elgün Hüseynov və başqaları iştirak edib. Xeyriyyə aksiyasını aparıcısı Senan Ellez olub. G. Xəlilovanın “Modalar Evi” adından uşaqlara yeni paltar və qiymətli hədiyyələr bağışlanıb.