İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda kafe və istirahət mərkəzlərində yoxlamalara başlayıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı Səbail rayonunda Salyan şosesi, Şıx çimərliyində Mətanət Kuliyevaya məxsus “Dostluq” kafesində saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.
Səbail rayonunda Salyan şosesi, ev 32 ünvanında Rövşən Əzizova məxsus kafedə, Bibi-Heybət qəsəbəsi, N.Quliyev küçəsində Gülmirə Heydərovaya məxsus “Bül-Bül” kafesində, Suraxanı rayonunun Hövsan qəsəbəsində Muşviq Nəsirova məxsus “Günəşli Sahil” kafesində, Xəzər rayonu, Şüvəlan qəsəbəsində Malik Quliyevə məxsus “Yeni Dalğa” kafesində, Mətanət Mayılovaya məxsus "Xəzər" kafesində və Kərim Lətifova məxsus kafedə, Türkan qəsəbəsində Valeh Babayevə məxsus “Türkan Ailəvi” istirahət mərkəzində, Mərdəkan qəsəbəsində Samir Almaszadəyə məxsus “FRAS” istirahət mərkəzində normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.