Jurnalistlərin binasından yeni xəbər
11 sentyabr 2013 16:58 (UTC +04:00)

Jurnalistlərin binasından yeni xəbər

KİVDF: Jurnalistlər yeni mənzillərinə əşya və mebellər yerləşdirə bilərlər

 

 

Jurnalistlərin binasında sənədləşmə işləri sentyabrın sonunadək tamamlanacaq. Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün binada Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən diaqnostika aparılıb.


 

FHN-in rəyi hazır olduqdan sonra sənədlər orderin alınması üçün Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunacaq. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan bildirilib ki, artıq sakinlər mənzillərinə əşyaları, mebelləri yerləşdirə bilərlər. Sənədləşmə işləri tamamlandıqdan sonra binada mənzil almış jurnalistlər Fonda çağırılaraq onlara mənzillərin orderləri və açarlar veriləcək.

 

Qeyd edək ki, avqustun sonlarında jurnalistlər üçün binanın inşa edildiyi küçəyə ünvan verilib. Binanın yerləşdiyi küçə Yeni Salyan yolu adlandırılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991
avatar

Oxşar yazılar