Jeep® -in Quba macəraları


29 iyul 2015 14:00 (UTC +04:00)

Jeep® -in Quba macəraları



Üst-başı palçıqlı, üz-gözündə sevinc, ürəyi həyəcanlı... Yox, uşaq deyillər. Jeep® sahibidirlər. Öz Jeep®-lərini Qubanın Xınalıq kəndi istiqamətində, Qudyalçayı keçərək sınayan ekstrim həvəskarları avtomobillərinin hər hərəkətini xüsusi həyəcanla qarşılayırlar... 

 

Jeep® ailəsi bu dəfə Qubanın dağ kəndlərinə üz tutdu. İştirakçılar isə yolunda və istəklərində sərhəd tanımayan Jeep® Wrangler və dünyada ən çox mükafat almış SUV olan Jeep® Grand Cherokee avtomobilləri idi.

 

Bu dəfəki “Jeep® Tur” tək ofroud yarışı deyil, bütün Jeep® sahiblərini birləşdirən macəra, əyləncə, ekstrim və komanda ruhunun ifadəsi oldu.  Turun kempinq formatı da Jeep sahiblərinin öz istəkləri ilə seçilmişdi. Adi günlərdə rahatlıqdan imtina etməyən Jeeperlər macəra axtarışı və təbiət sevgisi ilə gecəni Qırız kəndində, təbiət qoynunda, çadırlarda keçirdilər.

 

Jeep® sahibləri avtomobillərinin üstünlük və bacarıqlarından istifadə təcrübələrini paylaşdılar. Turda iştirak edən Auto Azərbaycan şirkətinin nümayəndələri və Chrysler Mərkəzinin əməkdaşları da Jeep® sahiblərinə avtomobillərini "tanımaqda" yardımçı oldular. İstehsalçı sertifikatlaşdırılmış Jeep®  təlimatçıları çətin keçilən ərazilərdə Jeep® modellərindəki müxtəlif funksiyalarından istifadə barədə avtomobil sahiblərinə peşəkar məsləhətlər verdilər.

 

Jeep® brendinin Azərbaycanda rəsmi təmsilçisi Auto Azərbaycan şirkətinin Marketinq departamentinin direktor müavini Əli Bədəlov turun təşkilindəki dəstəyə görə “Adrenaline Outdoor Extreme Club”a təşəkkürünü bildirdi və Jeep® sahiblərinin istəyi ilə keçirilən bu formatlı tədbirlərin davam etdiriləcəyini qeyd etdi. "Jeep®-in Qəbələ və Şahdağ turlarından sonra çıxdığımız Quba turu Jeep® sahiblərinin də avtomobilləri kimi macərada sərhəd tanımadığını göstərdi" - deyən Əli Bədəlov Jeeperlərin gələcək yürüşlərini özünün də həyəcanla gözlədiyini əlavə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar