Almaniyanın məşhur BMW avtomobil konserni İspaniyanın “Real Madrid” klubunun futbolçularına və baş məşqçisinə bahalı avtomobillər təqdim edib.
Lent.az xəbər verir ki, bu ənənə artıq beş ildir davam edir.
Klubun hər bir üzvünə BMW şirkətinin təklif etdiyi avtomobillər arasından istədiyi modeli seçmək imkanı yaradılıb.
Futbolçular üçün ən populyar model 197 min avro dəyərində olan hibrid BMW XM Label olub. Komandanın 15 futbolçusu məhz bu avtomobili seçib.

Avtomobil 100 km/saat sürəti 3,8 saniyəyə yığır və elektrik enerjisi ilə 88 kilometrədək məsafə qət edə bilir.
Üç övladı olan Mark Kukurelya isə BMW X7 M60i modelinə üstünlük verib.
Hədiyyələrlə yanaşı, bu həftə Joze Mourinyonun rəhbərlik etdiyi komanda üçün uğurlu olub. Madrid təmsilçisi UEFA Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində vahid liderə çevrilib.