Tovuzda gənc oğlanı qatar vuraraq öldürüb.
Lent.az xəbər verir ki, hadisə Tovuz dəmir yolu stansiyasında qeydə alınıb.
Hərəkətdə olan qatar rayon sakini 28 yaşlı Sərxan Pənahovu vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

