İxtisas seçimi başa çatdı
13 sentyabr 2013 11:16 (UTC +04:00)

İxtisas seçimi başa çatdı

Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı bitib. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

İxtisas seçimi etmək hüququ olan abituriyentlər qeyd olunan vaxta qədər istədikləri ixtisasları öz elektron ərizələrinə daxil edib təsdiqlədiblər.  11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə 801 nəfər ixtisas seçib. Onlardan 687 nəfər Azərbaycan bölməsinin, 114 nəfər rus bölməsinin abituriyentlərdir. 

# 378

Oxşar yazılar