İş adamları İqtisad Universitetində
18 fevral 2016 11:51 (UTC +04:00)

İş adamları İqtisad Universitetində

0

 

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) nüfuzlu şirkət nümayəndələrinin və iş adamlarının iştirakı ilə tədbir keçirilib.

 

ADİU-nun  mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Texnologiya və dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbir “Yeni iqtisadi çağırış və modern təhsil” mövzusunda olub.

Tədbirdə çıxış edən universitetin Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov bildirib ki, ölkə prezidentinin çağırışlarına ADİU real addımlarla cavab verməkdədir. Belə ki, universitetdə iqtisadi təhsilin modernləşdirilməsi və iqtisadi təhsildə keyfiyyət parametrlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülür. D.Bağırov bildirib ki, universitetin tələbə və məzunlarının işlə təmin olunması universitetin prioritetləri sırasındadır. Bunun üçün də universitet iş adamları və sahibkarlarla daha sıx əməkdaşlıq etmək niyyətindədir.

Görüşdə iştirak edən şirkət nümayəndələri və iş adamları müasir bazar tələblərinə cavab verən kadrların hazırlanmasında universitetlərin mühüm rol oynadığını bildirib. Azərbaycandakı zavod və müəssisələrin ən son texnologiyalar əsasında qurulduğunu bildirən qonaqlar bu avadanlıqlardan istifadə üçün müasir standartlara cavab verən texnoloji mütəxəssislərə ehtiyac olduğunu vurğulayıb.

Qeyd edilib ki, sahibkarlar da müəssisə və şirkətlərə yerli kadr və mütəxəssislərin cəlb olunmasında maraqlıdır. Çünki xaricdən dəvət olunan mütəxəssislərə daha artıq vəsait ödənilir.

Bunun üçün tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin də tədris olunmasının vacibliyi qeyd olunub. Bildirilib ki, ali təhsil müəssisələrində aktuallığını

itirən fənlər yeni tələblərə cavab verən fənlərlə əvəz olunmalıdır. Bunun üçün şirkət və müəssisələrin nümayəndələri tədris planları ilə yaxından tanış olmalı, gərəkli fənlərin tədrisi üçün təkliflər verməlidir.

Görüşdə İqtisad universitetinin Karyera mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar