İqtisad Universitetində ( ADİU) alt qrupa yazılan tələbələr təhsil haqqından azad edilib.
ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib.
Qeyd edək ki, qərar Universitetin Elmi Şurasının iclasında qəbul edilib. Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.