İİV-lə mübarizə üzrə 4 illik proqram təsdiq edildi
20 fevral 2016 12:18 (UTC +04:00)

İİV-lə mübarizə üzrə 4 illik proqram təsdiq edildi

0

 

Nazirlər Kabineti “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nı təsdiq edib.

 

Lent.az-ın Trend-ə istinadən məlumatına görə, Tədbirlər Proqramının məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

 

Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır: əhali, ilk növbədə İİV-ə yoluxmaya yüksəkriskli qruplar arasında İİV-in yayılma səviyyəsinin aşağı salınması; İİV-in anadan körpəyə ötürülməsi hallarının qarşısının alınması; erkən aşkarlanma, müalicə, qulluq və yardım vasitəsilə İİV infeksiyası ilə bağlı ölüm hallarının azaldılması və İİV-lə yaşayan insanların ömürlərinin uzadılması.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar