Artıq İrəvandakı məlum çıxışdan yetərincə müddət keçməsinə baxmayaraq xanım Qriqoriuya qarşı hədələr davam etməkdədir. Sözsüz ki, xanıma hədə etmək qafqaz millətinə yaraşmaz lakin ermənilərin soy kökünün hardan gəldiyini və bu yerlərin Qafqaz olmamasını nəzərə alsaq belə xüsusiyyətin onlar üçün xarakterik olmasını özümüz üçün ayırd etmiş olarıq. Lakin xanım Qriqoriuya qarşı öz ölkəsində belə məmurlar tərəfindən eyni münasibətin göstərilməsi Azərbaycanla dostluq və tərəfdaşlıq münasibətlərində olan Moldova dövləti üçün yol verilməz olduğu halda bu münasibətin bugünə qədər davam etdirilməsi Moldova dövlətinin belə Azərbaycanla bağlı münasibətlərində ikili stndartların olması faktını göz qabağına qoymuş oldu.
Aureliya Qriqoriunun Moldova ombudsmanı olduğunu və onun konkret faktlara arxalanaraq çıxış etməsi, bu çıxışdan sonra ona qarşı olan konkret kişiliyə yaraşmayan münasibətə Moldova dövlətinin təmkinlə yanaşması dövlətin öz vətəndaşına olan münasibətinin açıq göstəricisidir. Belə olan halda şübhəsiz ki, azərbaycan vətəndaşlarının xanım Qriqoriunun müdafiəsinə qalxması faktiki zərurətdən yaranmış bir haldır. Səbəb isə ombudsmanın özünə qarşı olan hüquq pozuntularına qarşı birləşərək onun suni yaradılmış əngəllərdə əzilməsinin qarşısını alamaq, lazım gələrsə dünya miqyasında hüquqlarının müdafiəsinin tələb edilməsidir.
Bugün Ermənistan işğalçı siyasətini davam etdirməkdədir. Ölkənin uçuruma sürüklənməsinə belə baxmayaraq nəyin bahasına olursa olsun belə siyasətin davam etdirilməsi dövlətçiliyin belə sonuna gətirib çıxara bilər. Bugün bizim üzərimizə düşən vəzifə Ermənistan dövlətinin Azərbaycana qarşı olan işğalçı siyasətini, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır. Yalnız belə olan halda Azərbaycanın haqq səsi eşidiləcək, dünya ictimaiyyətinin Ermənistana qarşı qınaq mövqeyi başqa xanım Qriqoriuların Azərbaycanın haqq səsini İrəvanda belə eşitdirməsinə gətirib çıxaracaq. Belə təzyiqlər sə öz növbəsində Ermənistanın öz işğalçı siyasətindən çəkilməsinə səbəb olacaq faktorlardan biri olacaqdır.
Hümbətov Tural
Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İ.B. Baş katib