Hüseyn Bağırov İmişlidə vətəndaşları qəbul edib
31 mart 2014 16:54 (UTC +04:00)

Hüseyn Bağırov İmişlidə vətəndaşları qəbul edib

Bu gün Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov İmişli şəhərində vətəndaşlarla görüşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan vətəndaşlarla görüşərək onların şikayət və təkliflərini dinləyib.

 

H. Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdiyi görüşdə bölgə rayonlarından olan 50-dən çox vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub. Şikayət xarakterli müraciətlərin qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi isə elə yerindəcə həllini tapıb və müraciətlərin operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar