ABŞ-da hot-doq yemək üzrə yeni rekord qeydə alınıb.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, San-Xose şəhərinin sakini Coui Çestnat ABŞ-ın Müstəqillik Günü ilə bağlı Nyu-Yorkda keçirilən ənənəvi yarışda 10 dəqiqə ərzində 69 hot-doq yeyib.
Bununla da o, özünün keçən ilki rekordunu qırıb. Coui Çestnat keçən il 10 dəqiqə ərzində 68 hot-doq yeyib. Ümumiyyətlə, Coui Çestnat artıq 7-ci dəfədir ki, bu yarışın qalibi olur. Bu dəfə ikinci yerə çıxan Met Stoni isə ondan 18 hot-doq az yeyib.
Hot-doq yeməklə bağlı qadınlar arasında keçirilən yarışda isə Virciniya ştatının sakini Soni Tomas 10 dəqiqə ərzində 36 hot-doq yeməklə çempion titulunu qoruyub.
Qeyd edək ki, hot-doq yeməklə bağlı çempionat Nyu-Yorkda artıq 97-ci dəfədir ki, keçirilir. Yarış beynəlxalq xarakter daşısa da, yarışa ancaq ABŞ və Kanada sakinləri qatılırlar. Qalib 10 min dollar mükafat alır.