Azərbaycanlı Odessa vilayətinin prokuror müavini təyin edildi
28 dekabr 2015 16:08 (UTC +04:00)

Azərbaycanlı Odessa vilayətinin prokuror müavini təyin edildi

Ukraynanın Odessa vilayətinin prokurorunun müavini vəzifəsinə həmvətənimiz təyin olunub.

Lent..az-ın BAKU.WS-ə istinadən məlumatına görə, Ukraynanın baş prokuroru yeni qərar qəbul edib. Qərara əsasən Gündüz Məmmədov vilayət prokurorunun müavini təyin olunub. Bunadək isə Gündüz Məmmədov Odessa şəhərinin prokuroru vəzifəsini tuturdu.  
Qeyd edək ki, Gündüz Məmmədov 1974-cü ilin oktyabrın 26-da Gəncə şəhərində doğulub.


O, Meçnikov adına Odessa Dövlət Universitetini bitirib, Kiyev Vilayət Şöbəsinin prokuroru, Ukrayna Prokurorluğu Akademiyasının baş elmi işçisi, Dnepr rayon İstintaq şöbəsinin rəisi vəzifələrində işləyib. Gündüz Aydın oğlu Məmmədov hüquq elmləri namizədi və Ukraynanın böyük ədliyyə müşaviridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar