Martın 11-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 9-14 dərəcə, Bakıda gecə 5-7 dərəcə, gündüz 11-13 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, yüksək dağlıq ərazilərdə sulu qar, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.