Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsi istifadəyə verildi
29 avqust 2013 19:24 (UTC +04:00)

Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında iştirak edib.

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun, o cümlədən yolun Hacıqabul-Sabirabad hissəsinin sxemini, eləcə də tikintidən əvvəlki, tikinti işlərinin gedişini və hazırkı vəziyyətini əks etdirən stendlərə baxıb.

Nəqliyyat naziri Ziya Məmmədov prezidentə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verib. Bu layihə üzrə Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında 2009-cu il iyulun 28-də borc sazişi imzalanıb. Saziş Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilib. Borc sazişində 112,5 kilometr uzunluğunda Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması və bu yolun Kür çayı ilə kəsişməsində yeni körpünün tikintisi nəzərdə tutulub. Həmin layihə üzrə Nəqliyyat Nazirliyinin “Azəryolsevis” Açıq Səhmdar Cəmiyyətində beynəlxalq rəqabətli tender keçirilib və Türkiyənin “Kolin” şirkəti ilə 2011-ci il mayın 17-də 196,96 milyon manat dəyərində podrat müqaviləsi imzalaıb. Tikintiyə texniki nəzarəti İtaliyanın “Engineering” firması həyata keçirir.
 

Yolun ümumi uzunluğu 50 kilometr olan Hacıqabul-Sabirabad hissəsinin tikintisi artıq başa çatdırılıb. Ümumi eni 15 metr olan yol ikizolaqlıdır. Yolun hər iki hərəkət hissəsinin və yol çiyninin eni 3,75 metrdir.
Ümumilikdə müqavilə çərçivəsində yol üzərində 4 körpünün, 5 piyada keçidinin, 68 suötürücü borunun, 26 avtobus dayanacağının inşası nəzərdə tutulub. Dövlət başçısına yolun Sabirabad-Bərhəmtəpə hissəsi barədə də ətraflı məlumat verilib. Bildirilib ki, uzunluğu 62,5 kilometr olan bu hissədə yeddi körpüdən üçündə yenidənqurma işləri başa çatdırılıb, üç körpüdə işlər 60 faiz tamamlanıb, bir körpüdə isə tikinti-quraşdırma işlərinə başlanıb. Bu hissə üzrə tikinti-quraşdırma işlərinin dəyəri 110,06 milyon manatdır. Ümumilikdə, yolun bu hissəsində işlərin 60 faizi yerinə yetirilib. Tikinti-quraşdırma işlərinin 2014-cü ilin mayında tamamlanması planlaşdırılır. Layihə üzrə yolun bu hissəsinin də ümumi eni 15 metrdir. Müqavilə çərçivəsində 7 körpünün, bir piyada keçidinin, 112 suötürücü borunun və 28 avtobus dayanacağının inşası nəzərdə tutulub.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793
avatar

Oxşar yazılar