Dünən axşam saatlarında başlayaraq Gədəbəy rayonunda əsən güclü külək elektrik dirəklərini aşırıb.
Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, qərb bölgəsində müşahidə olunan küləkli hava rayonun elektrik təsərrüfatına ziyan vurub. Külək 12 kəndə gedən elektrik dirəklərini aşırıb və yaşayış məntəqələrinə enerjinin verilməsi dayandırılıb. Q. Paşayev deyib ki, rayona qar yağmağa başlayıb. Hazırda qarın qalınlığı 10 santimetrdir.
Q. Paşayevin sözlərinə görə, bu gün axşam saatlarına kimi rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisinin bərpası gözlənilir.