General-mayor Lənkəran Əliyevə yeni mənzil verildi
05 avqust 2013 13:25 (UTC +04:00)

General-mayor Lənkəran Əliyevə yeni mənzil verildi

General-mayor Lənkəran Əliyevə yeni mənzil verilib. Hərbi mənbələrdən APA-ya bildirilib ki, L. Əliyevə verilən mənzil Müdafiə Nazirliyinin nəzdindəki binalardan birində yerləşir və 3 otaqlıdır.


 

L. Əliyev APA-ya açıqlamasında Müdafiə Nazirliyi tərəfindən ona yeni 3 otaqlı mənzilin verildiyini təsdiqləyib: “Məhkəmə icraçıları tez-tez gəlib evi boşaltmağımı tələb edirlər. Lakin mənə yeni təklif olunan mənzil çox balacadır. Hələlik gözləmə mövqeyindəyəm, evimi boşaltmamışam və yeni mənzilə köçməmişəm”.  

 

Qeyd edək ki, bir ildən çoxdur, Müdafiə Nazirliyi Lənkəran Əliyevə və onun ailə üzvlərinə qarşı iddia qaldırıb. Nazirlik həmin iddiada L. Əliyevin hazırda yaşadığı evi qanunsuz zəbt elədiyini əsas gətirərək onun və ailə üzvlərinin mənzildən çıxarılmasını və mənzilin orderinin etibarsız hesab edilməsi istəyib. Məhkəmə nazirliyinin iddiasını təmin edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1661
avatar

Oxşar yazılar