Füzuli Rayon İcra Hakimiyyətinə 6 milyon manat ayrıldı - SƏRƏNCAM
27 iyun 2013 18:43 (UTC +04:00)

Füzuli Rayon İcra Hakimiyyətinə 6 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış evlərin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent. az-ın məlumatına görə, sərəncamla Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 yaşayış evinin 3 çoxmənzilli binanın bərpa edilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 6 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610
avatar

Oxşar yazılar