FHN “Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir!” mövzusunda tədbir keçirib
15 avqust 2013 20:52 (UTC +04:00)

FHN “Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir!” mövzusunda tədbir keçirib

övqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran rayonunun Liman şəhər 16 və 17 saylı məktəbəqədər təhsil müəssisələrində “Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir!” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, uşaqların yarana biləcək fövqəladə hallara hazır olmalarına, fövqəladə hallar zamanı düzgün davranış qaydalarına əməl etmələrinə nail olmaq, odla ehtiyatsız davranma və azyaşlı uşaqların böyüklər tərəfindən nəzarətsiz qoyulmalarının bədbəxt hadisələrə səbəb olduğunu diqqətə çatdırmaq məqsədi daşıyan tədbirdə FHN Cənub Regional Mərkəzinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin müəllim heyəti, texniki işçiləri, valideynlər və uşaqlar iştirak ediblər.

 

Mərkəz əməkdaşları tərəfindən otaq şəraitində şərti olaraq zəlzələ həyəcanı verilib və uşaqlar qruplar şəklində zəlzələ hadisəsindən qorunmaq üçün öz mövqelərini tutublar. Şərti olaraq baş vermiş zəlzələ hadisəsi zamanı düzgün mövqe tutmayan uşaqlara isə zəlzələ baş verən zaman necə davranmaları haqqında ətraflı məlumat verilib.

 

Tədbir zamanı həmçinin “Fövqəladə hallar uşaqların gözü ilə” adlı tematik foto-sərgi də nümayiş etdirilib.

 

Sonda “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Su hövzələrində təhlükəsizlik tədbirləri”, “Yanğın təhlükəsizliyi qaydalarına əməl edin”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb, nümayiş olunan materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479
avatar

Oxşar yazılar