Erməniləri ifşa edən rus tarixçinin vəkili Bakıda ofis açdı
25 yanvar 2018 17:05 (UTC +04:00)

Erməniləri ifşa edən rus tarixçinin vəkili Bakıda ofis açdı

Erməni terrorizminin ifşası istiqamətində sistemli fəaliyyət göstərən rusiyalı tarixçi Oleq Kuznetsovu erməni lobbisinin təzyiqlərindən müdafiə edən, ona qarşı qaldırılmış iddianın ləğv edilməsinə nail olan məşhur rusiyalı vəkil Elman Paşayev təsisçisi və rəhbəri olduğu "Elman Group" hüquq şirkətinin Bakı ofisini açıb.

 

Baş ofisi Rusiyanın Moskva şəhərində olan "Elman Group" hüquq şirkətinin ABŞ-da və Avropanın bir çox ölkələrində ofisləri fəaliyyət göstərir. Hazırda isə Türkiyə və İran ofislərinin açılması istiqamətində işlər görülür.

 

Rusiyanın tanınmış vəkillərindən olan soydaşımız Elman Paşayevin rəhbərlik etdiyi hüquq şirkəti beynəlxalq səviyyəli biznes layihələrinin hüquqi təminatı ilə yanaşı, ayrı-ayrı şirkət və nüfuzlu şəxslərin də hüquqlarını qoruyur, onların hüquqi problemlərinin ən yüksək səviyyədə həllində iştirak edir. "Elman Group" hüquq şirkətinin dünyanın müxtəlif ölkələrindəki ofislərində həmin ölkələrin peşəkar vəkilləri Elman Paşayevin rəhbərliyi altında bir sıra səs-küylü məhkəmə proseslərində müvəkkillərinin xeyrinə qərarlar çıxararaq nüfuz qazanıblar.

 

"Elman Group" beynəlxalq hüquq şirkətinin Bakı ofisinin açılması zərurətdən doğub. Heç kimə sirr deyil ki, Rusiyada çox sayda soydaşımız yaşamaqda və müxtəlif istiqamətli fəaliyyətlər göstərməkdədirlər. Onların müxtəlif səbəblərdən Rusiya daxilində hüquqi problemlərinin çıxması, bizneslərinin və müxtəlif fəaliyyətlərinin ləngiməsi halları son vaxtlar artıb. Bu kimi hallarda isə onların qeyri-peşəkar hüquqşünaslara müraciət etmələri əlavə problemlərə gətirib çıxarır. Həmçinin, hal-hazırda çox sayda Azərbaycan vətəndaşlarının hüquqi xidmətini də təmin edən "Elman Group"-un Bakı ofisinin açılması zərurətə çevrilmişdir. Rusiyada və digər ölkələrdə hüquqi problemləri olan, investisiyalarının hüquqi təhlükəsizliyini peşəkarlara həvalə etmək istəyən, miqrasiya məsələlərində problem yaşayan və Rusiya həbsxanalarındakı doğmalarının Azərbaycana köçürülməsini arzulayan şəxslər "Elman Group" beynəlxalq hüquq şirkətinin Bakı ofisinə müraciət edə bilərlər.

 

Ünvan: Nobel prospekti 15, Yeni həyat- Azur biznes mərkəzi 24-cü mərtəbə. 

Telefonlar: 012 488 65 32, 055 698 00 00

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

Oxşar yazılar