Ermənilər Rusiyada azərbaycanlı kulinara hücum etdi - <span style="color:red;">VİDEO
02 fevral 2018 17:48 (UTC +04:00)

Ermənilər Rusiyada azərbaycanlı kulinara hücum etdi - VİDEO

0

Rusiyada məşhur olan azərbaycanlı kulinar, yazıçı, NTV telekanalındakı “Bağ cavabı” verilişinin kulinariya rubrikasının aparıcısı Stalik Xankişiyev ermənilərin hücumlarına məruz qalıb.  Lent.az-ın məlumatına görə, buna səbəb S. Xankişiyevin Azərbaycanın milli mətbəx nümunələrini öz adlarına çıxan ermənilərin yalanlarını ifşa etməsidir. Belə ki, milli mətbəximizi təbliğ edən həmyerlimiz onu oğurlamağa çalışanlarla mübarizə apardığı üçün sosial şəbəkələrdə hücumlara məruz qalıb. Ermənilər soydaşımızın təbliğatının böyük hissəsini təşkil edən “Facebook” səhifəsinin bağladılmasına nail olub.

Lider TV-də yayımlanan “Status” verilişi bugünkü buraxılışını bu mövzuya həsr edib.

Verilişdə həm qonaqlar, həm də aparıcılar tərəfindən Stalik Xankişiyevə dəstək çağırışı edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 471

Oxşar yazılar