Əli Abbasov ABŞ-a səfər edəcək
03 sentyabr 2013 10:38 (UTC +04:00)

Əli Abbasov ABŞ-a səfər edəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 4-5 sentyabr tarixlərində BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində rabitə və informasiya texnologiyaları mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Nyu-Yorkda səfərdə olacaq.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, 67-ci sessiyada Əli Abbasov, BMT Baş Assambleyasının  prezidenti Vuk Jeremich, BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Baş katibinin müavini Vu Honqbo əsas məruzəçi qismində çıxış edəcəklər.

 

Sessiyada müzakirələr BMT Baş Assambleyasının Azərbaycan hökumətinin təşəbbüsü ilə “Avrasiya Rabitə Alyansı” (“Eurasian Connectivity Alliance”- EuraCA) yaradılması haqqında qəbul olunmuş qətnaməsi çərçivəsində keçirilir. Səfər çərçivəsində Əli Abbasovun BMT rəsmiləri, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar