Qeydiyyata alınmayan xarici qeyri-kommersiya təşkilatlarının nəzərinə
06 dekabr 2013 11:02 (UTC +04:00)

Qeydiyyata alınmayan xarici qeyri-kommersiya təşkilatlarının nəzərinə

Azərbaycanda dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən xarici ölkələrin qeyri-kommersiya təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyəti qadağan ediləcək.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 4.1-ci maddəsinə xüsusi əlavə edilir.

 

Edilən əlavəyə görə, xarici dövlətlərin qeyri-kommersiya təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatına alınmadan və dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olacaq.

 

Sənəd cari sessiya ərzində Milli Məclisin müzakirəsinə çıxarılacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798
avatar

Oxşar yazılar